Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”

 

“Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir daha hamımızı dərindən düşünməyə vadar edir. Şəmkir–Şiştəpə kənd yolunda baş vermiş qəza nəticəsində 34 yaşlı Vüsal Rüstəmli həyatını itirib, onun yanında olan 5 yaşlı oğlu Adəm isə xəsarət alıb. Bu hadisə sadəcə yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir”.

Yenixeber.org xəbər verir ki, bu sözləri Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır: “Yol hərəkəti qaydaları kağız üzərində formal tələblər deyil. Onlar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Sürət həddi, ötmə qaydaları, təhlükəsizlik kəməri və texniki sazlıq – bunların hər biri bir insanın yaşaması üçün vacib olan zəncirin halqalarıdır. O zəncirdən biri qırıldıqda nəticə çox vaxt faciəvi olur.

Xüsusilə uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır. Sükan arxasında olan şəxs təkcə öz həyatına deyil, avtomobildə əyləşən hər kəsin taleyinə cavabdehdir. 5 yaşlı bir uşağın yaşadığı qorxu, aldığı xəsarət və itirdiyi ata artıq geri qaytarıla bilməz.

Sürücülərin bir daha diqqətinə çatdırırıq ki,sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın. Çünki yol səhvləri bağışlamır, yol ikinci şans vermir. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam