Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Adnan Əhmədzadənin həbsdə ilk doğum günü - Haradan-haraya...

Adnan Əhmədzadənin həbsdə ilk doğum günü - Haradan-haraya...

Beş ay əvvəl həbs xəbəri ilə ölkə gündəmini dəyişən məşhur iş adamı Adnan Əhmədzadə üçün xüsusi gündür.

Yenixeber.org: Bu gün dustaq iş adamı 48 yaşını tamamlayır.

Ənənəvi dəbdəbəli ad günlərinin əksinə olaraq, Əhmədzadə yeni yaşını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səssiz təcridxanasında qarşılayır. Alışdığı təmtəraqdan fərqli olaraq bu dəfə stolunun üstündə çoxmərtəbəli tortlar və şampanlar yox, yalnız çox vərəqli istintaq materialları var.

Bir vaxtlar Messi, Ronaldinyo, İnyesta, Suares kimi dünya ulduzlarının təbrik etdiyi bir insanın bu gün dörd divar arasında özü-özünü təbrik etməsi həyatın ən böyük sürprizidir. O günlərdən qalan isə yalnız xatirələr və bir də yəqin ki, Messinin bağışladığı saatdır.

Adnan Əhmədzadənin gələcək ad günlərini harada keçirəcəyi məlum deyil, amma ittiham olunduğu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulduğu dəqiqdir.

Qeyd edək ki, iqtisadi təhlükəsizliyə qarşı təxribat, xüsusilə külli miqdarda mənimsəmə kimi xüsusilə ağır cinayət əməllərində təqsirləndirilən iş adamının həbs müddəti 10 gün əvvəl daha bir neçə ay uzadılıb. (Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam