Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə PA: Bayrağımıza edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək

 

Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı hüquqi və inzibati tədbirlərin görüləcəyi bildirilib.

Yenixeber.org-un verdiyi xəbərə görə, Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfindəki terror təşkilatı YPG tərəfdarları tərəfindən Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sərt reaksiya verib.

Burhanəddin Duran açıqlamasında qeyd edib ki, sözügedən hücumla terror­suz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha hərəkətə keçdiyi açıq şəkildə görünür:

“Türkiyə Respublikasının təhlükəsizliyinə yönələn hər bir təhdid və müqəddəs dəyərlərimizə qarşı edilən hər bir addım ən qətiyyətli şəkildə cavablandırılacaq”.

Burhanəddin Duran, baş verən hücumla bağlı məhkəmə və inzibati prosedurların başladılacağını da bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam