Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elgizin verilişinin eksperti vətəndaşı aldatmaqda ittiham olunur -İDDİA

Daha bir vətəndaş dələduzluq iddiası ilə redaksiyamıza müraciət edib.
Yenixeber.org: Vətəndaş Əkbərov Elşən İman oğlu iddia edir ki, özünü iş adamı kimi təqdim edən Həsənov Ənvər Yavər oğlu onu “ətir biznesi” qurmaq vədi ilə aldadaraq külli miqdarda pulunu ələ keçirib.
Zərərçəkmişin bildirdiyinə görə, o, 2021-ci ilin iyun–sentyabr ayları ərzində hissə-hissə olmaqla H.Ənvərə ümumilikdə 39 min manat pul verib. Lakin həmin vəsait qarşılığında nə real biznes qurulub, nə də hər hansı fəaliyyət göstərilib.
Sentyabr ayında aldadıldığını anlayan Elşən Əkbərov verdiyi pulların geri qaytarılmasını tələb etsə də, qarşı tərəf ödəniş etməkdən yayınıb.
Zərərçəkmiş qeyd edir ki, son 5 il ərzində ona cəmi 9 min manat qaytarılıb. Həmin məbləğin də yalnız Binəqədi Polis Bölməsinə şikayət etdikdən sonra, hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində ödənildiyini vurğulayır.
“Hazırda Həsənov Ənvər Yavər oğlunun mənə 30 min manat borcu qalır. Nə telefonlarıma cavab verir, nə də pulu geri qaytarır. Açıq şəkildə ödənişdən boyun qaçırır” – deyə şikayətçi bildirir.
Ə.Əkbərovun sözlərinə görə, Həsənov Ənvər təkcə ona qarşı deyil, bir neçə digər vətəndaşa da “iş qurmaq” adı ilə dələduzluq edərək onların pullarını mənimsəyib.
Şikayətçi əlavə edir ki, H.Ənvər 2013-cü ildə Abşeron Rayon Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub. 
Həmin vaxt 13 min 500 manat məbləğində vəsaitin mənimsənilməsi ilə bağlı məhkəmə prosesi keçirilib və zərərçəkənlər pullarını məhkəmə yolu ilə geri ala biliblər.
Qeyd edək ki, iddialarda adı hallanan Həsənov Ənvər hazırda ARB televiziya kanalında yayımlanan “Elgizlə İzlə” proqramında ekspert kimi çıxış edir. 
Proqramın aparıcısı Elgiz Əkbər müzakirə olunan mövzularla bağlı onun fikirlərini tamaşaçılara təqdim edir.
Bundan başqa, şikayətçinin bildirdiyinə görə, sözügedən şəxs “TikTok” sosial şəbəkəsində aktivdir, canlı yayımlar açaraq müraciət edən şəxslərə müxtəlif məsləhətlər verir.
Zərərçəkmiş vətəndaş digər insanların da bu cür hallarla üzləşməməsi üçün aidiyyəti qurumlardan məsələ ilə bağlı ciddi tədbir görülməsini xahiş edir.(Azerbaycanreallığı)
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam