Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ASA əməkdaşlarının elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib -FOTO

 

Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşlarının elmi məqaləsi dünyanın nüfuzlu beynəlxalq elmi nəşrlərindən biri olan “Orthopaedic Journal of Sports Medicine” jurnalında dərc olunub.
Yenixeber.org: Belə ki, ASA-nın İdman tibbi tədqiqatları laboratoriyasının meneceri Rauf Əliyev, Böyük Britaniyanın London Universitet Kollecinin professoru, Akademiyanın “İdman tibbi və reabilitasiyası” magistr proqramının rəhbəri Maykl Pol Luzmor, ASA-nın Elm və innovasiyalar üzrə prorektorunun müşaviri Nailə Kələntərli və Akademiyanın Məlumat dəstəyi mərkəzinin Statistik əməliyyatlar üzrə koordinatoru Vasiliy Kozlovun birgə müəllifliyi ilə hazırlanmış “Correlation Between Core Stability Parameters and Injury Rate in Elite-Level Wrestling Sport: Results of 6-Month Follow-up” adlı elmi məqalə jurnalın son buraxılışında yer alıb.
Bu uğur Cənab Prezident İlham Əliyevin “dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq, ASA-da elmi tədqiqatların gücləndirilməsi, elmin real praktikaya inteqrasiyası istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlardan biridir. Bu yanaşma ölkədə idman elminin inkişafına, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və Azərbaycanın beynəlxalq elmi platformalarda layiqli şəkildə təmsil olunmasına mühüm töhfə verir.
Qeyd edək ki, “Orthopaedic Journal of Sports Medicine” jurnalı Web of Science və Scopus daxil olmaqla bir sıra nüfuzlu elmmetrik bazalarda indekslənir və Q1 kvartilində yer alır.

Məqalə ilə tanış olmaq üçün keçid: https://journals.sagepub.com/doi/10.1177/23259671251403160


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam