Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa Məhkəməsində hökumətlə barışan deputat təzminatı ala bilməyib

Ermənistan sülh sazişi imzalamayacaq - Elşad Musayev

Məlum olduğu kimi, 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənmədikdən sonra ölkə daxilində də Avropa Məhkəməsi təyin etdiyi kompensasiyaların ödənilməsində problemlər yaranıb. Bunu təkcə kompensasiya almalı olan şikayətçilər demir, rəsmilər də etiraf edirlər.

Yenixeber.org: Onlar Avropa Şurasının bir strukturu olan Parlament Assambleyasının iclaslarına qatılmadıqlarına, Avropa Məhkəməsi hakimlərinin seçimlərində iştirak etmədiklərinə görə qərarlarını da icra etmədiklərini də bildirirlər.

Son iki il ərzində Avropa Məhkəməsinin qərar çıxardığı ərizəçilərdən biri də Milli Məclisin üzvü Elşad Musayevdir.

Deputatla bağlı qərar 2024-cü il aprelin 11-də verilib.

Elşad Musayev bundan əvvəlki – 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkiləri zamanı seçki hüququnun pozulmasından Avropa Məhkəməsinə şikayət etmişdi. Şikayət Avropa Məhkəməsində araşdırılarkən hökumət pozuntunu etiraf etmiş və tərəflər arasında barışıq olmuşdu.

Razılaşmaya əsasən, hökumət şikayətçiyə bu pozuntuya görə həm də 4500 avro kompensasiya ödəməli idi. Avropa Məhkəməsi 11 aprel 2024-cü il tarixli qərarında bu razılaşmanı təsdiqləmişdi.

Sözügedən qərarla Müsavat partiyasının keçmiş üzvü, tarixçi Yadigar Sadıqlı, hüquq müdafiəçisi Fikrət Cəfərli, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də daxil olmaqla, ümumilikdə 15 nəfərin seçki hüququnun pozulması və onların hər birinə 4500 avro kompensasiya ödənişi ilə bağlı razılaşma təsdiqlənib.

Kompensasiyanın deputata ödənilib-ödənilmədiyi bilmək üçün deputatla əlaqə saxladıq. 

O, sualımıza bu cür cavab verdi:

“Həmin kompensasiya mənə ödənilməyib”.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam