Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran şahının oğlu etirazçılara səsləndi:şəhər mərkəzlərini tutun!

 

1979-cu ildə devrilmiş İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi şənbə günü iranlıları daha məqsədyönlü etiraz aksiyalarına çağırıb.

Yenixeber.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Qeyd edilib ki, o, şəhər mərkəzlərinin ələ keçirilməsi və nəzarətdə saxlanılmasını əsas hədəf kimi göstərib.

“Bizim məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ keçirməyə və onları saxlamağa hazırlaşmaqdır”,-deyə Rza Pəhləvi sosial şəbəkələrdə yayımladığı videomüraciətdə bildirib.

Şənbə və bazar günləri yeni etiraz aksiyalarının keçirilməsinə çağıran Rza Pəhləvi əlavə edib ki, çox yaxın hesab etdiyi bir gündə vətənə qayıtmağa hazırlaşır.

Xatırladaq ki, Rza Pəhləvinin çağırışından sonra yanvarın 8-də İranda etiraz yürüşləri güclənib. Sosial şəbəkələrdə kütləvi aksiyaları əks etdirən çoxsaylı videolar yayılsa da, İranın Fars agentliyi etirazların “məhdud xarakter daşıdığını” iddia edib. Etirazların fəallaşması fonunda ölkədə internet, mobil və şəhər telefon rabitəsi müvəqqəti olaraq dayandırılıb.

İİğtişaşlar zamanı şəxsi mülkiyyətə və şəhər infrastrukturuna ziyan dəyib. Nəqliyyat vasitələri, o cümlədən təcili yardım avtomobilləri və şəhər avtobusları məhv edilib, metro stansiyalarına, məscidlərə, banklara və mağazalara ziyan vurulub.

İran KİV-ləri iğtişaşlar zamanı ölən və yaralananların olduğu barədə məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam