Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Nazirlik rəsmisi: "Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub"

 

"Dünya İdman Paytaxtı" seçilməsi ilə əlaqədar Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yenixeber.org-un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Bu gün rəsmi olaraq Bakı "Dünya İdman Paytaxtı" seçildi. Bildirmək istərdim ki, Bakıda bununla bağlı bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasına təşəkkürümüzü bildiririk ki, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi üçün şərait yaradılacaq. Paytaxtda bir çox beynəlxalq yarışlar təşkil olunacaq", - nazirlik rəsmisi söyləyib.

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam