Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənilib

 

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi elan olunub.

aha sonra cinayət işi üzrə sənədlər tədqiq edilib. Eyni zamanda, cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə nümayiş edilib.

Müdafiə tərəfi videogörüntülərdəki danışıqların linqivistik ekspertizaya verilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətə etiraz edib.

Zərərçəkmiş tərəf qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını, təqsirləndirilən şəxsləri bağışladıqlarını bildiriblər.

Vəsatət təmin edilməyib.

Bununla da məhkəmə istintaqı yekunlaşıb.

Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror Alzaman Mahdi Ali 4 il, Alghabr Mohammad Hussain 4 il, Alghabr Mahdi Mohammad 4 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzasını ümumi rejimli həbsxanada çəkməsini və cəzadan sonra ölkədən məcburi çıxarılmasını istəyib.

Zərərçəkən tərəf təqsirləndirilən şəxslər səhvlərini anladıqlarını, şikayətçi olmadıqlarını, bilmədən belə etdiklərini və onları bağışladıqlarını bildirib.

Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi 16 dekabrda keçiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam