Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

ADB Azərbaycanı dayanıqlı turizm üzrə regional layihəyə cəlb edib

 

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 10 ölkədə rəqəmsal transformasiya və dayanıqlı turizmin inkişafına dəstək məqsədi daşıyan "Dayanıqlı turizm və xidmət ticarəti" adlı regional layihə çərçivəsində texniki yardımın ayrılmasını təsdiqləyib.

Yenixeber.org-un məlumatına görə, Azərbaycanla yanaşı layihə Gürcüstan, Çin, Pakistan, Monqolustan və Mərkəzi Asiya dövlətlərini də əhatə edir.

Bildirilib ki, 550 min ABŞ dolları məbləğində olan maliyyələşdirmə Xüsusi Texniki Yardım Fondu vasitəsilə təmin ediləcək.

Bankın məlumatına görə, texniki yardım rəqəmsal innovasiyaların və dayanıqlılığa yönəlmiş siyasətin tətbiqi vasitəsilə turizm sektorunun inkişafını ləngidən maneələrin aradan qaldırılmasına yönəldiləcək. Bu, turizmin regional ticarət və iqtisadi şaxələndirməyə töhfəsini artırmağa imkan verəcək.

"Layihənin məqsədi CAREC regionunda ağıllı, ekoloji və inklüziv rəqəmsal həllər təşviq edərək eləcə də, turistlər üçün əlverişli mühit yaradaraq turizm və rəqəmsal xidmətlərə diqqət yetirməklə xidmət ticarətini gücləndirməkdir. Əsas diqqət sərhədlərarası əlaqənin yaxşılaşdırılmasına, dayanıqlı və səmərəli turizm siyasətinin inkişafına və rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlib", - ADB qeyd edir.

Bankdan vurğulanıb ki, layihə regionun rəqabət qabiliyyəti və dayanıqlılığını artırmaq üçün turizm sahəsində ekoloji və rəqəmsal həllər tətbiq edəcək.

Bu təşəbbüslər ADB-nin əvvəlki layihələrinə əsaslanır və CAREC ölkələrinin regional əməkdaşlığa və CAREC Turizm Strategiyası və Fəaliyyət Planının həyata keçirilməsinə sadiqliyini əks etdirir.

ADB-in iddiasına görə, region mədəni, təbii və sərhədyanı turizmin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Lakin onun artımı aşağı rəqəmsallaşma, zəif qurumlararası əlaqələndirmə və effektiv olmayan sərhəd prosedurları ilə məhdudlaşır. Yeni layihə bu problemlərin həllinə, həmçinin "CAREC 2030 İnteqrasiya olunmuş Ticarət Gündəliyi" çərçivəsində iqlim həllərinin təşviqinə kömək edəcək.

Layihənin icrasının ağıllı, davamlı və inklüziv xidmət ticarətinin genişlənməsinə və rəqəmsallaşmasına gətirib çıxaracağı gözlənilir. Həmçinin, bu sahədə siyasətin hazırlanması və əlaqələndirilməsinə cavabdeh olan qurumlara dəstək göstəriləcək.

Layihənin ilkin tamamlanma müddəti 2030-cu il dekabrın 31-dir.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarından çox investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam