Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Şair Alxasov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə meşə hədiyyə edib? -HÜQUQŞÜNAS ÇAĞIRIÇ EDİR!

media-sair

5-10 ağac qıran meşə gözətçisi həbs edilir, ancaq yüzlərlə hektar yaşıllığı qıran icra başçısı həbs edilmir. 

Yenixeber.org: Bu problemi ictimailəşdirən hüquqşünas Aslan İsmayılov bildirib ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə hektarlarla torpaq hədiyyə edən keçmiş icra başçısı Şair Alxasov da məsuliyyətə cəlb edilməlidir:

“Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb ki, Qusarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib. Məlum olub ki, meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməlləri nəticəsində meşə təsərrüfatına vurduğu ziyanla bağlı Qusar rayon prokurorluğunda cinayət işi başlanıb. Meşə gözətçisi Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib”.

“Baş Prokurorluğun bu addımını alqışlayıram. Amma bir məqam var. Meşə gözətçisini həbsə göndərməmişdən əvvəl 17 il Qusarın bütün meşəliklərini satıb talayan, o zonada Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə hektarlarla torpaq hədiyyə edən keçmiş icra başçısı Şair Alxasovu niyə məsuliyyətə cəlb etmirsiz?!”

“Kiçik bir araşdırma aparılsa məlum olar ki, bu şəxs vəzifədə olduğu illər ərzində Qusarda yüzlərlə hektar yaşıllığı dədə malı kimi satıb”.

“Bunun üçün, böyük komissiya təşkil etməyə gərək yoxdur, sadəcə Google Earth proqramı ilə 2007-2024 peyk görüntülərini müqayisə etmək kifayətdir. Azərbaycanın meşə massivləri olan bütün rayonlarında eyni vəziyyətdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam