Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəzərin sahilində suiti cəsədləri tapıldı-FOTO

 

Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb.

Yenixeber.org-un məlumatına görə, cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub.

Mövcud vəziyyətlə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, suitilərin tələf olması ilə bağlı dərhal əraziyə baxış keçirilib:

"Ölən suitilərdən analiz nümunələri götürmək üçün Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin Xaçmaz Şöbəsinə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz Regional Bölməsinə məlumat veriləcək".

Xatırladaq ki, sonuncu dəfə suitilərin kütləvi ölümü 2022-ci ildə Dağıstanda Xəzər sahillərində qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam