Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qəbələ Türk dünyasının qədim mədəniyyətinin əksidir -Ərdoğan

 

Türkiyə Cənubi Qafqazda baş verənləri izləməklə yanaşı, həm də bölgədə sülhə və sabitliyə səmimi töhfə verməyə çalışır. Biz avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannaməni bu sahədə müsbət addım kimi qiymətləndiririk. Bu istiqamətdə gələcək təşəbbüsləri səbirsizliklə gözləyirik.

Yenixeber.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Türkiyə lideri Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək Qəbələni “Türk dünyasının qədim mədəniyyətinin əksi” adlandırıb.

Türkiyə Prezidenti 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə türk dövlətlərinin rəhbərlərini bir daha təbrik edib.

O, Ankaranın Türk dünyasında bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hazır olduğunu bəyan edib. “Son 16 il ərzində təşkilatımız mühüm uğurlar əldə edib və onlara yeni nailiyyətlər əlavə olunur”, - deyən Türkiyə lideri “beynəlxalq hüquq böhranı” və “BMT Təhlükəsizlik Şurasının bir çox məsələlərdə fəaliyyətsizliyi fonunda” TDT ölkələri arasında konsolidasiya və əməkdaşlığın vacibliyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan hazırkı Zirvə Görüşünün mövzusunun xüsusi aktuallığını vurğulayaraq, gündəm seçimini “çox vaxtında və əhəmiyyətli” adlandırıb.

Türkiyə Prezidentinin sözlərinə görə, TDT digər beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etməlidir. Bu baxımdan o, Qəbələdə razılaşdırılan “TDT Plyus” formatının əhəmiyyətini vurğulayıb.

Prezident Ərdoğan Türk dünyasının bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynaya biləcəyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam