Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda Sepah qərargahına hücum olub -Ölənlər və yaralananlar var

 

İranın Kürdüstan əyalətinin Sərvabad şəhərinin Maanand rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına əks-inqilabçı qüvvələr tərəfindən hücum nəticəsində iki qvardiyaçı ölüb, bir neçə hərbçi yaralanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Sepahın əyalətdəki "Beyt əl-Məqdis" korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

"Kürd terrorçuları tərəfindən Sarvaabadda Sepahın bir neçə üzvü ölüb, yaralanıb", - İdarənin yaydığı başsağlığında vurğulanıb.

Yerli mütəxəssislərin bildirdiyinə əsasən, PKK terror qruplaşmasının İraqda məskunlaşan "PJAK", "Komilə", "Kürdüstan Demokrat Partiyası" silahlılarının İranın İraqla sərhəd bölgələrində hərbçilərə, sərhədçilərə, polis əməkdaşlarına belə hücumları tez-tez olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam