Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR-ın laboratoriya əməkdaşlarından PREZİDENTƏ MÜRACİƏT!

SOCAR-ın laboratoriya əməkdaşlarından Prezidentə müraciət

SOCAR-ın Heydər Əliyev adına Neftayırma Zavodunun laboratoriya əməkdaşları üzləşdikləri problemlə bağlı prezidentə müraciət ünvanlayıblar.

Yenixeber.org: İşçilərin müraciətini hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib.


Belə ki, SOCAR-ın Heydər Əliyev adına Neftayırma Zavodunun 14-cü sahə üzrə kimyəvi-təhlil laboratoriyasının qadın kollektivi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və İnsan Hüquqları üzrə Müvəkkilə müraciət ünvanlayıb.

Əməkdaşların müraciətində zavodda son illərdə baş verən struktur dəyişiklikləri ilə bağlı narazılıqlar əksini tapıb.

Müraciətdə qeyd olunur ki, 2022-ci ildən etibarən müəssisədə struktur dəyişikliyi aparılıb və bu çərçivədə işçilər təlimlərə göndərilsələr də, təlimlərin sonunda sertifikat təqdim edilməyib. Həmçinin laboratoriyaların birləşdirilməsi nəticəsində işçilərə əlavə vəzifələr yüklənib, lakin əmək müqavilələrində buna dair dəyişiklik edilməyib.

Əməkdaşların iddiasına görə, yeni rəhbərlik – laboratoriya müdiri Volkan Şenol və menecer Ali Özəl Türkiyədən təyin olunub və onların göstərişləri ilə SOCAR Downstream adlı yeni laboratoriya yaradılıb. Müraciətdə vurğulanır ki, həmin laboratoriyanın əməkdaşlarının maaşları mövcud laboratoriya işçilərindən iki dəfə yüksəkdir, baxmayaraq ki, eyni işlər, üstəlik əlavə tapşırıqlar da 14-cü sahə əməkdaşları tərəfindən yerinə yetirilir.

Şikayətdə həmçinin qeyd olunur ki, son 5 ildə əmək haqlarında artım baş verməyib, 2023-cü ildən mərhələli şəkildə həyata keçirilən maaş artımından hələ də yüzlərlə əməkdaş kənarda qalıb, xəstəlik vərəqələrinin ödənişində qanun pozuntularına yol verilir, iki ildir ki, zərərli iş şəraitinə baxmayaraq əməkdaşlar nə gündəlik süd, nə də xüsusi geyimlərlə təmin olunurlar.
Əməkdaşlar müvafiq dövlət qurumlarından laboratoriyada baş verən qanunsuzluqların, xüsusilə sənədləşmə ilə bağlı pozuntuların araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edirlər.

Qeyd edək ki, müraciətdə laboratoriya rəhbəri Volkan Şenolun “işə yalnız ingilis dili bilənlərin qəbul ediləcəyi” barədə bəyanatına da xüsusi diqqət çəkilib.(tribunainfo.az)

Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam