Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sahibə Qafarova: Azərbaycan COP29-da inkişaf etməkdə olan ölkələrin səsinin eşidilməsini təmin etdi

 

Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməklə, ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə, inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçirilən "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) "Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi" mövzusunda çıxışı zamanı səsləndirib.

S.Qafarova çıxışında BMT tərəfindən rəsmi olaraq "Bakı İqlim Həmrəyliyi Paktı" adlandırılan COP29-un mühüm nəticələri haqqında da məlumat verib.

"Bu sıraya Yeni Kollektiv Kəmiyyət Hədəfinin (Bakı Maliyyə Hədəfi kimi tanınan) qəbul edilməsi, Paris Sazişinin Beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək hala gətirilməsi, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbulu, Bakı Adaptasiya Yol Xəritəsi və Adaptasiya üzrə Bakı Yüksək Səviyyəli Dialoqunun təsis edilməsi kimi mühüm məsələlər daxildir" - o, çıxışında vurğulayıb.

Spiker həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da evsahibliyi edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam