Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan Fransaya təşəkkür etdi -SƏBƏB

Paşinyan Makronla Zəngəzur dəhlizini müzakirə etdi

“Çoxşaxəli dəstəyə görə Fransaya təşəkkür edirəm”.

Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Paşinyan və Makron çoxşaxəli Ermənistan-Fransa əməkdaşlığının inkişafı və perspektivlərini müzakirə ediblər. Tərəflər Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib və yeni birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin regional proseslərlə bağlı məsələlər, Vaşinqton Sülh Sammiti zamanı əldə olunan razılaşmalar, TRIPP layihəsinin icrası müzakirə edilib.

Makron ölkəsinin Ermənistanın müstəqilliyi və suverenliyinə, həmçinin demokratik islahatlar gündəliyinə sarsılmaz dəstəyini bir daha təsdiqləyib. Öz növbəsində Paşinyan bu mühüm məqamda Ermənistana çoxşaxəli dəstəyə görə Fransaya təşəkkür edib.

Tərəflər ikitərəfli və çoxtərəfli məkanlarda sıx təmasları davam etdirmək barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam