Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zelenski: Tramp Ukraynanın qalib gəlməyini istəyir

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə layiq olduğundan daha çox güzəştə getdiyini deyib.

Yenixeber.org  xəbər verir ki, Zelenski bunu “Axios”a müsahibəsində bildirib.

“Düşünürəm ki, Prezident Tramp Putinə laqyiq olduğundan daha çox şey verib. Çünki Putin sevinirdi. Rusiyanın beynəlxalq təcridə məruz qaldığı bir vaxtda Prezident Trampla görüşmək onun üçün bir xəyal idi və o, buna çatdı. Düşünürəm ki, Putinə sadəcə Trampla birgə görüşün görüntüsü lazım idi. Putinin üçtərəfli görüş üçün heç bir niyyəti olmayıb”, - Zelenski qeyd edib.

Ukrayna lideri jurnalistin “Düşünürsünüz ki, Prezident Tramp Ukraynanın qalib gəlməyini istəyir?” sualına “Bəli” cavabını verib.

“Düşünürəm ki, Tramp Putinin ona uğur gətirməyəcəyini başa düşüb. Amerika cəmiyyəti Putinə güvənmir, hörmət etmir və onun müharibəni bitirmək istəmədiyini düşünür. Cəmiyyətin dəstəyi isə Prezident Tramp üçün vacibdir”, - Ukrayna Prezidenti jurnalistin “Tramp sizə əvvəllər əlinizdə kart yoxdur deyirdi. Bəs indi nə dəyişdi?” sualına cavabında qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam