Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş... -MƏHKƏMƏ

esgerlik-meselesini-hamam-suyu-ile-hell-edibmis

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisiRamin Şükürov və digər iki zabitin məhkəmə araşdırması davam edir.

Yenixeber.org: Məlumata görə, Bakı Hərbi Məhkəməsində hazırkı mərhələdə ittiham tərəfinin şahidləri ifadə verir.

Şahid Əhməd Əhmədov deyib ki, xaricdə magistratura təhsili aldığı üçün hərbi xidmətdən möhlət hüququ alması lazım imiş. Bu məsələdə tanışının vasitəsilə Ramin Şükürovla görüşüb: “Dostumun atası əvvəllər hərbi komissar olub. Bu işdə mənə o kömək etdi. Onunla birlikdə Xəzər Rayon Hərbi Komissarlığına getdik. Orada rəis Ramin Şükürovla görüşdük. Komissara dedim ki, belimdə və gözümdə problemlər var, həmçinin xaricdə təhsil alıram. Dedilər ki, bu məsələyə baxacağıq. Tibbi müayinələrdən sonra dostumla təkrar görüşdüm. Söylədi ki, bu iş 22 min manata həll edilə bilər. Həmin pul da hərbi komissara çatacaqmış. Pulu verəndən sonra da xidmətə yararsız olmağım barədə hərbi bileti verdilər”.

Şahid Araz Məmmədov isə həmin Dövlət Xidmətində işləyən tanışı vasitəsilə başqa birinin əsgərlik məsələsini həll edib: “Mən özüm Yasamalda kafe işlədirəm. Müştərim Bəhrəm Cəlilov var idi, Səfərbərlik Xidmətində işləyirdi. Bir gün ofisiantlardan birinin qohumunun əsgərlik məsələsini həll etməyi xahiş etdim. Bunun üçün 6 min manat istədi. Həmin pulu ona verdim. Amma Ramin Şükürovu tanımıram. Bəhrəmin pulu ona verib-vermədiyini də bilmirəm”.

Hakim Fikrət Əliyev şahidin əvvəlki ifadəsini elan edərkən məlub olub ki, Arazın özünün də bu işin həll edilməsində marağı olub. Belə ki, onu sadəcə yaxşı qonaqlıqla şirnikləşdiriblər. İş düzələndən sonra da hamam qonaqlığı təşkil edilib. Qonaqlıqda xidmətdən yayınan çağırışçı özü də iştirak edib.

Proses oktyabrın 1-i digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi. O, bundan əvvəlki məhkəmədə yenidən ev dustaqlığına buraxılıb. Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam