Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrana qarşı sanksiyalar bərpa edilir

BMT Təhlükəsizlik Şurası İrana qarşı 2015-ci il nüvə sazişindən sonra dondurulmuş sanksiyaları bərpa etmək qərarına gəlib.

Yenixeber.org: Qərarı ABŞ, Böyük Britaniya, Fransa və Almaniya dəstəkləyib.

Avropa ölkələri və ABŞ İranı nüvə silahından imtina etməsinə zəmanət verməli olan müqavilələri pozmaqda ittiham edib. Daha altı ölkə sanksiyaların bərpasının lehinə səs verib.

Çin, Rusiya və Pakistan sanksiyaların dayandırılmasının uzadılmasını təklif edərək əleyhinə səs verib.

İran və Avropa liderləri yeni razılığa gələ bilməsələr, sanksiyalar sentyabrın 26-da bərpa olunacaq.

İran Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının qərarını "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb və ABŞ və Avropa ölkələrini diplomatik səylərə mane olmaqda ittiham edib.(ArbatMedia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam