Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Məclis və Malayziya Nümayəndələr Palatası sədrlərinin görüşü olub-FOTO

 

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə görüşüb.

Yenixeber.org: Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi mılumat yayıb.

Nümayəndələr Palatasının sədri Milli Məclisin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş Assambleyasında iştirakına görə təşəkkürünü bildirib. O, bu cür parlamentlərarası platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığından məmnunluq ifadə olunub, xüsusilə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində birgə fəaliyyət üçün geniş imkanların olduğu qeyd edilib.

Azərbaycan və Malayziyanın qanunvericilik orqanlarının parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova, bu baxımdan AİPA-nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Malayziya parlamentləri arasında əməkdaşlığın gələcək perspektivlərindən danışılıb, bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub.

Söhbət zamanı Milli Məclisin sədri Cənubi Qafqaz regionunda gedən proseslər, Azərbaycan torpaqlarının işğaldan azad olunması, hökumətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri haqda məlumat verib.

Spiker Sahibə Qafarova, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Vaşinqtona son işgüzar səfəri kontekstində Azərbaycan-Ermənistan sülh prosesi haqda fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam