Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərhum generalın əmlakları müsadirə edildi -SİYAHI

 

Müdafiə nazirinin sabiq müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşının cinayət işi üzrə uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.

Yenixeber.org-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda vəzifə səlahiyyətlərini aşmaqla xüsusilə külli miqdar təşkil edən 15 milyonluq mənimsəmədə təqsirli biliniblər.

Hökmə əsasən şirkət əməkdaşları - Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.

Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam