Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərəb və islam ölkələri İsrailin Qətərə zərbə endirməsinə qarşı qətnamə hazırlayır

 

Ərəb və islam dövlətlərinin yaxın günlərdə Dohada keçiriləcək fövqəladə sammitində İsrailin Qətər ərazisinə son zərbələrini kəskin şəkildə pisləyən qətnamənin qəbulu müzakirə olunacaq.

Yenixeber.org xəbər verir ki, Qətərin Baş nazirinin müşaviri Məcid bin Məhəmməd Əl Ənsari İsrailin hərəkətlərinin pislənməsinin gündəliyin əsas məsələsi olacağını təsdiqləyib.

"Qətnamə layihəsi sabah xarici işlər nazirləri səviyyəsində keçiriləcək hazırlıq iclasında ətraflı şəkildə işlənəcək", - Əl Ənsari bildirib.

Rəsminin sözlərinə görə, bazar ertəsi - sammitin əsas hissəsi baş tutan zaman razılaşdırılmış sənəd müzakirə və sonradan qəbul olunmaq üçün bütün iştirakçılara təqdim olunacaq.

Qətər Baş nazirinin müşaviri əlavə edib ki, sammitin belə qısa müddət ərzində təşkil edilməsi faktı son faciəli hadisələr fonunda Qətərlə ərəb və islam dünyasının həmrəyliyinin görünməmiş səviyyəsini nümayiş etdirir.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ABŞ-nin təklifi üzrə HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı danışıqlar apardığı Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib. İsrail əməliyyatı "Atəş sammiti" adlandırıb. Sentyabrın 11-də Qətər ərəb və islam ölkələrinin fövqəladə sammitini çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam