Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

İsrailin bu obyektləri məhv edildi:SEPAH-dan bəyanat

“Doğru vəd III” əməliyyatı zamanı İrana hücumlar üçün buraxılış meydançası kimi istifadə edilən İsrail hava bazaları vurulub.

Yenixeber.org: Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Əməliyyat zamanı SEPAH-ın Aerokosmik Qüvvələrinin raket qüvvələri və pilotsuz uçuş aparatları hərbi mərkəzlərə, ölkəmizə qarşı cinayətkar təcavüzdə buraxılış meydançaları kimi istifadə edilən aviabazalara, raket və digər silahlar istehsal edən hərbi-sənaye obyektlərinə zərbələr endirmək üçün yüksək dəqiqlikli və intellektual raket sistemlərindən istifadə edib. Bu hədəflər işğal olunmuş ərazilərin (İran İsraili tanımır və onu Fələstinin işğal edilmiş ərazisi adlandırır – red.) dərinliklərində olan digər hərbi hədəflərlə birlikdə müvəffəqiyyətlə vurulub”, – bəyanatda bildirilib.

Vurğulanıb ki, peyk şəkilləri və ələ keçirilmiş kəşfiyyat məlumatları onlarla ballistik raketin strateji hədəflərə effektiv təsirini təsdiqləyir:

“Düşmənin “ələ keçirmə” iddialarına baxmayaraq, onlar İran İslam Respublikasının başlatdığı raket zərbələri dalğalarını dəf edə bilməyiblər”.

Bəyanatda deyilir ki, “Doğru vəd III” əməliyyatı İslam İnqilabının rəhbəri və İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişinə uyğun olaraq və nəcib İran xalqının tələbinə cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, İran ordusu İsrail ərazilərinə cavab zərbəsinə ötən gün axşam saatlarından başlamışdı.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam