Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Avropa liderləri İran və İsraili təmkinli olmağa çağırıblar -YENİLƏNİB

 

Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta İsrail və İranı təmkinli olmağa çağırıb.

Yenixeber.org xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Mən Yaxın Şərqdə baş verən son hadisələrdən çox narahatam. Təhlükəli eskalasiyaya yol verilməməlidir, bu, bütün regionda sabitliyi pozur. Tərəfləri təmkinli olmağa və diplomatiyaya çağırıram", - o yazıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə “X” hesabında yazıb ki, Yaxın Şərqdə sabitliyin və qlobal təhlükəsizliyin təmin edilməsi üçün diplomatik həll heç vaxt olmadığı qədər vacibdir.

"Yaxın Şərqdən gələn xəbərlər dərin narahatlıq doğurur. Avropa bütün tərəfləri maksimum təmkinli olmağa, dərhal eskalasiyadan çəkinməyə və cavab addımlarından imtina etməyə çağırır. Bu gün regionda sabitlik və bütün dünyada təhlükəsizlik naminə diplomatik həll yolu tapmaq heç vaxt olmadığı qədər əhəmiyyət kəsb edir", - o vurğulayıb.

***

Avropa İttifaqı (Aİ) İran və İsraili gərginliyin daha da artmasına yol verməməyə çağırıb.

Bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas “X” hesabında yazıb.

"Yaxın Şərqdə vəziyyət təhlükəlidir. Bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırıram. Diplomatiya irəli getmək üçün ən yaxşı yoldur və mən gərginliyin azaldılması üçün bütün diplomatik səyləri dəstəkləməyə hazıram", - K.Kallas qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam