Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb

 

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi milli texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsinə başlayıb.

Yenixeber.org xəbər verir ki, ictimai müzakirənin keçirilməsində əsas məqsəd texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakının təmin edilməsi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarətdir.

Dövlət orqanları, sahibkarlıq subyektləri, mütəxəssislər və digər maraqlı tərəflər Agentliyin rəsmi internet səhifəsinə (www.competition.gov.az) daxil olaraq “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsi vasitəsilə (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirə iştirak edə bilərlər.

İnsanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 5 mart 2025-ci il tarixli qərarı ilə qeyri-qida mallarının siyahısı müəyyənləşdirilib. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarının cəlb olunduğu işçi qrupun fəaliyyəti çərçivəsində sözügedən malların təhlükəsizliyinə dair bu günə qədər 34 milli texniki reqlament layihəsi hazırlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam