Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

İsrail Hərbi Dəniz Qüvvələrinin saxladığı “Madleen” gəmisi Aşdod limanına yaxınlaşır

 

İsrail Hərbi Dəniz Qüvvələrinin ötən gecə saxladığı “Madleen” gəmisi yaxın saatlarda Aşdod limanına çatacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Məlumata görə, Qəzza zolağına daxil olmağa cəhd edən fəallar daha sonra deportasiya olunmaq üçün polis orqanlarına təhvil veriləcək.

“Qreta Tunberqi və digər "məşhurları" daşıyan "selfie yaxtası" İsrail limanına doğru səyahətini davam etdirir. Gəldikdən sonra onların öz ölkələrinə qayıtması üçün müvafiq tədbirlər görüləcək”, - İsrail Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, İsrail hərbçiləri ötən gecə Misirdən Qəzza zolağına humanitar yardım aparan “Madleen” gəmisini saxlayıb. Gəminin göyərtəsində ekoaktivist Qreta Tunberq də olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam