Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Minsk qrupunun saxlanılması məntiqsizlikdir -RƏSMİ

Minsk qrupunu saxlamağın heç bir məntiqi YOXDUR

ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur. 

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbini qarşı tərəfin diqqətinə çatdırıb:

“ATƏT-in Minsk qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur. Əgər Ermənistan həqiqətən də məsələnin tam həllində maraqlıdırsa, Minsk qrupu və onunla əlaqədar strukturların fəaliyyətinin davam etdirilməsində təkid etməməlidir".

C.Bayramov həmçinin bildirib ki, hazırda normallaşma prosesi getsə də, Ermənistanın silahlanması və silahlandırılması narahatlıq doğurur.

Eyni zamanda nazir ATƏT-in Baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə də məlumatlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam