Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

“Azərenerji”də idarəçilik dəyişdi-BAŞ NAZİRDƏN QƏRAR

“Azərenerji”nin prezidenti vəzifəsi İdarə Heyətinin sədri vəzifəsinə çevrilib.

Yenixeber.org: Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarda qeyd olunub ki, ASC-nin ali idarəetmə orqanı onun ümumi yığıncağıdır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirəcək.

İdarə Heyəti 3 üzvdən – Prezident tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarətdir. Cəmiyyətin yenidən təşkili və ya ləğvi Prezident tərəfindən həyata keçirilir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam