Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub- FOTOLAR

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub.

Yenixeber.org xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayenin yaradılmasını təşviq edir.

Mərkəz fundamental və kilinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur.

Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam