Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi

 

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı, soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavab verib.

Yenixeber.org xəbər verir ki, o, Xocalıda baş verənlər haqqında ilk dəfə 1992-ci ilin fevral ayında “rəsmi məlumatlar” verilməsi nəticəsində informasiya aldığını iddia edib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”.

O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb: “Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam