Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Köçəryan Putinin Ermənistan üzrə kuratoru ilə görüşüb

Bu yaxınlara qədər Putinin administrasiyası rəhbərinin müavini Dmitri Kozak Ermənistan üzrə kurator olub, lakin təxminən bir ay əvvəl onu Rusiyanın keçmiş baş naziri Sergey Kiriyenko əvəzləyib. Kiriyenko həm də Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərini koordinasiya edir.

Yenixeber.org-ın məlumatına görə, “Hraparak” qəzeti yazır ki, Putin administrasiyasında Ermənistan üzrə kuratorluğun Sergey Kiriyenkoya həvalə edilməsini məsələnin Kreml üçün önə çıxdığını göstərir.

"Bu, onu göstərir ki, Ermənistan Kreml üçün mühüm ölkəyə çevrilib və ona görə də bu sahəyə daha nüfuzlu məmur təyin olunub. Putin Kiriyenkoya güvənir, o, Kremldə çox məsuliyyətli və mühüm rol oynayır. Bu ay ərzində Kiriyenko vəziyyətlə tanış olur. Bu müddət ərzində o, bəzi erməni siyasi xadimləri ilə əlaqə saxlayıb, hətta bəziləri ilə görüşüb”, - nəşr qeyd edib.

Məlumatda o da bildirilib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan da Moskvaya gedib və Sergey Kiriyenko ilə görüşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam