Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

50-dən çox dövlət ABŞ-a müraciət etdi -SƏBƏB

ABŞ-a 50-dən çox ölkə gömrük rüsumlarının azaldılması ilə bağlı müraciət edib
Birləşmiş Ştatlar artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi ilə bağlı danışıqlara başlamaq üçün müraciət alıb.

Yenixeber.org: Bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "ABC News" telekanalına müsahibəsində bildirib.

"Ötən gün ABŞ-ın ticarət danışıqlarında iştirak edən nümayəndəsindən hesabat aldım. Bildirildi ki, 50-dən çox ölkə Prezident Donald Trampa müraciət edərək gömrük rüsumları ilə bağlı danışıqlara başlamaq istəyini ifadə edib. Onlar başa düşürlər ki, onların məhsullarına qarşı çoxsaylı rüsumlar tətbiq olunub və bu səbəbdən danışıqlar aparmaq istəyirlər”, – deyə Hasset qeyd edib.

O həmçinin əlavə edib ki, Vaşinqton Rusiya ilə bağlı idxal rüsumlarını tətbiq etməyib.

Hasset deyib ki, Prezident Tramp bu mövzunun Ukrayna üzrə sülh danışıqlarına mane olmasını istəmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam