Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən bəhs edib

Avropanın informasiya kanalı “Euronews” Avropada mina probleminə həsr olunmuş reportaj hazırlayıb. Materialda Azərbaycana böyük diqqət ayrılıb.

Yenixber.org xəbər verir ki, reportaj 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə təsadüf edir.

Materialda vurğulanıb ki, Azərbaycan, Bosniya və Herseqovina, Ukraynada münaqişələr səbəbindən Avropada da mina problemi mövcuddur.

Reportajda mina partlayışı nəticəsində yaralanan Həsənəli Əliyevin, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələrinin sözləri təqdim edilir.

"Minaya düşən zaman 23 yaşım var idi", - Həsənəli Əliyev bildirib. Hadisə nəticəsində onun ayağı amputasiya edilib.

BMT-nin məlumatına görə, dünyada orta hesabla hər saat bir nəfər mina partlayışı nəticəsində həlak olur və ya yaralanır, qurbanlar arasında tez-tez uşaqlar və gənclər də olur.

Telekanal qeyd edib ki, Azərbaycan hökuməti minalara qarşı mübarizə üzrə aktiv proqram həyata keçirir, həmçinin əhalinin bu problem barədə məlumatlılığını artırır.

"Minaların zərərsizləşdirilməsi, həmçinin azad edilmiş ərazilərin yenidən qurulması və bərpası - həlli uzun müddət tələb edən məsələdir", - “Euronews” ANAMA-nın metodologiya və təlim şöbəsinin rəhbərinin sözlərini təqdim edib.

Reportajda qeyd olunub ki, mülki şəxslər, xüsusən Həsənəli Əliyev kimi müharibədən zərər çəkmiş regionlarda yaşayanlar arasında mina təhlükəsi haqqında maarifləndirmə işinin davam etdirilməsinə ehtiyac var.

“Euronews” qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, dünyanın 64 ölkəsində 10 milyona qədər mina quraşdırılma ehtimalı var və hər il ərazilərə daha 2-5 milyon yeni qurğu yerləşdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam