Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Sabah 27 dərəcə isti olacaq -PROQNOZ

Aprelin 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Bakıda və Abşeron yarımadasında hansı hava şəraiti gözlənilir?

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu neçə dərəcə olacaq?

Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Sabah rayonlarımızda hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarımızda havanın temperaturu necə olacaq?

Havanın temperaturu gecə 9-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam