Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Sabah Bakıda 4 ölkə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair memorandum imzalayacaq

 

Sabah Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında “yaşıl enerji” sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan arasında inkişaf etdirilən layihədə, Azərbaycanda istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə və Türkiyə üzərindən Avropaya göndərilməsi ilə bağlı iş aparılır: “Bununla bağlı sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları çərçivəsində 4 ölkə arasında memorandum imzalanacaq”.

Nazir bildirib ki, 4 boru kəmərinə - Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri, Trans-Adriatik Qaz Boru Kəməri və Yunanıstan-Bolqarıstan İnterkonnektoruna elektrik ötürmə xətləri də əlavə olunur: “Təkcə təbii qaz və neft sahəsində deyil, elektrik enerjisi sahəsində də Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək yeni bir layihəni Azərbaycan ilə həyata keçirəcəyik".

A.Bayraktar Azərbaycanın bərpa olunan enerji sahəsində üzərinə götürdüyü rola işarə edərək, bu yolla əldə edilən elektrik enerjisinin istehlak nöqtələrinə çatdırılması məsələsində əməkdaşlıq ediləcəyini açıqlayıb.

Qeyd edək ki, “yaşıl enerji” sahəsində əməkdaşlığa dair Memorandum layihəsi 2025-ci il fevralın 7-də İstanbulda keçirilən dörd ölkənin nazir müavinlərinin üçüncü iclasında razılaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam