Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Tezliklə "süni Günəş" işə salınacaq

Məlumata əsasən 2 il əvvəl təkmilləşdirilmiş Çin tokamakı Huanliu-3 (HL-3) Çendu şəhərində öz-özünü dəstəkləyən termonüvə reaksiyasının işə düşməsi həddinə yaxınlaşıb.

Yenixeber.org: Bu barədə South China Morning Post məlumat yayıb.

Aparılan bir sıra təcrübələr zamanı reaktor “ikili qızdırma baryeri”nə - 100 milyon dərəcə Selsidən yüksək temperatura çatıb. Bu həddə həm elektron plazması, həm də ion plazması çatıb və bu barədə açıq mənbələrdə ilk dəfə məlumat verilib. Əvvəllər bu məlumatlar məxfi hesab olunurdu. “Təcrübəmiz zamanı 100 milyon dərəcəlik həddə çatdıq, həmçinin termonüvə sintezinin ümumi məhsuldarlığında ciddi sıçrayış qeydə alındı. Bu o deməkdir ki, Çində termonüvə sintezi üzrə tədqiqatlar artıq plazma yanması fazasına qədəm qoyur” - deyə HL-3-ün baş konstruktoru Zhong Wulu dövlət televiziyası CCTV-yə verdiyi müsahibədə bildirib.

HL-3 reaktoru - 2020-ci ilin dekabrında HL-2M adı ilə istifadəyə verilmiş yeni tokamakdır. Həmin vaxt Çinli alimlər 160 milyon dərəcə Selsi temperaturda olan elektron plazmanı 20 saniyə ərzində sabit saxlamağa nail olmuşdular. 2023-cü ildə aparılmış təkmilləşdirmə sonrası reaktorun adı HL-3 olaraq dəyişdirilib. Elektron şüa qızdırma sisteminin mikrodalğalı qurğularla yenilənməsi və digər bir sıra təkmilləşdirmələr ion plazmanı 117 milyon dərəcə Selsi temperaturadək qızdırmağa imkan verib. Bu, süni termonüvə sintezi üçün yeni bir rekorddur. Daha əvvəl ion plazmanı 100 milyon dərəcə Selsiyə qədər yalnız Cənubi Koreyanın KSTAR tokamakı qızdıra bilmişdi.

Çinli alimlər reaktorda plazmatik ion şüasının yüksək sabitliyini qeyd ediblər, lakin bu barədə televiziya müsahibəsində ətraflı məlumat verməyiblər. Yer üzündə “süni Günəş”in - yəni öz-özünü dəstəkləyən termonüvə reaksiyasının işə salınmasına doğru növbəti addımı atmaq üçün tokamakda reaksiyanın həm temperaturunu, həm də davametmə müddətini artırmaq tələb olunur.

Bu mərhələyə çatmaq üçün çox az yol qalsa da, məhz bu son addım alimlər üçün ən çətin sınaq sayılır. HL-3 reaktorunda daha bir təkmilləşdirmə nəzərdə tutulur və bundan sonra orada nüvə sintezi reaksiyasının - əsl ulduzların dərinliklərində baş verən proseslərə bənzər bir reaksiyanın - işə salınması ehtimalı olduqca yüksəkdir./Lent.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam