Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

XİN rəsmisi: Rusiya Ermənistanla münasibətlərin dərinləşməsini istərdi -KTMT çərçivəsində

 

Rusiya Ermənistanla istənilən səviyyədə qarşılıqlı fəaliyyəti alqışlayır, eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münasibətləri dərinləşdirmək və normallaşdırmaq istərdi.

Yenixeber.org xəbər verir ki, bunu "Şərq-Qərb qarşıdurması. Ukrayna ölçüsü. Gələcək ssenarilər" adlı elmi konfransda Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

"Rusiya və Ermənistan arasında inkişaf edən iqtisadi layihələri alqışlayırıq, ona görə də biz tərəfdən qapılar açıqdır", - o qeyd edib.

Ermənistanın Aİ-yə mümkün üzvlüyünə toxunan R.Miroşnik vurğulayıb ki, bu addımın onların maraqlarına uyğunluğunu və ölkənin üzvlük perspektivlərinin nə dərəcədə real olduğunu ölkə vətəndaşları qiymətləndirməlidir.

"Rusiya həmişə vurğulayıb: biz dövlətlərin, o cümlədən Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyilik. Bu müstəqil qərardır, lakin digər ölkələrin bir sıra oxşar hərəkətlərinə diqqət yetirin. Ukrayna çoxdan öz konstitusiyasına Avropa İttifaqına və NATO-ya can atmağı daxil edib. Bu prosesdə nə qədər irəliləyib?", - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam