Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Məşhur xizəkçinin öldüyü hoteldəki yanğına görə 5 nəfər saxlanıldı

 

Məlum olduğu kimi, ötən gün Türkiyənin Bursa şəhərinin Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub.

Yenixeber.org xəbər verir ki, hadisə ilə bağlı hotel rəhbəri ilə birlikdə 5 nəfər saxlanılıb.

Qeyd edək ki, yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin prezidenti və keçmiş milli xizəkçi Yəhya Usta, həyat yoldaşı Fikriyə və oğlu milli xizəkçi Berkin Usta tüstüdən zəhərlənib.

Hoteldən huşsuz vəziyyətdə çıxarılan Usta ailəsinin üzvləri Yəhya Usta və oğlu Berkini xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub. Baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılmağa başlanılıb.

Fotoda: “Grand Kartal” hoteli

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam