Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

"Azadlıq Radiosu"nun maliyyələşdirilməsi qismən bərpa edildi

ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) Konqres tərəfindən ayrılmış vəsaitin bir hissəsini "Radio Free Europe/Azadlıq Radiosu"na (RFE/RL) ayırmağa razılıq verib.
Yenixeber.org: Bu barədə Radio Free Europe məlumat yayıb.
Qərar Vaşinqtondakı ABŞ federal məhkəməsində maliyyələşdirmə ilə bağlı dinləmələrdən bir neçə saat əvvəl qəbul edilib.
"Ümid edirik ki, Konqresin "Azadlıq Radiosu"na ayırdığı iki həftəlik maliyyə vəsaitinin ödənilməsi, məhkəmə genişmiqyaslı iş üzrə qərar qəbul edənə qədər fəaliyyətimizi davam etdirməyə imkan verəcək", – deyə "Radio Free Europe/Azadlıq Radiosu"nun prezidenti və icraçı direktoru Stiven Kapus bildirib.
USAGM vəsaitin ödənilməsi üçün dərhal inzibati tədbirlər gördüyünü və vəsaitin martın 26-dək köçürüləcəyini bəyan edib. Agentlik əlavə edib ki, "Azadlıq Radiosu" ayın sonuna qədər maliyyə vəsaitini alacaq.
Bununla yanaşı, "Azadlıq Radiosu" 2025-ci maliyyə ilinin (30 sentyabr 2025-ci ildə başa çatır) tam müddətinə ayrılmış qrant vəsaitlərini əldə etməyə çalışır və bunun üçün məhkəmədən ilkin qadağa qərarı çıxarmasını tələb edir.
Məlumata görə, hakim Roys Lambertin bu məsələyə dair qərarını yaxın həftələrdə elan edəcəyi gözlənilir.
Xatırladaq ki:
• Martın 15-də ABŞ prezidenti Donald Trampın administrasiyası "Azadlıq Radiosu" və "Amerikanın Səsi"nin tam maliyyələşdirilməsini ləğv etdiyini açıqlamışdı.
• Bundan əvvəl "Amerikanın Səsi"nin jurnalistləri işdən uzaqlaşdırılmış, ixtisarlar isə yayımın faktiki olaraq dayanmasına səbəb olacaq dərəcədə geniş miqyas almışdı.
• "Azadlıq Radiosu" və "Amerikanın Səsi" maliyyələşdirmənin bərpası üçün məhkəməyə müraciət ediblər.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam