Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Tramp milli təhlükəsizlik üçün faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb

 

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məqsədilə faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb.

Yenixeber.org xəbər verir ki, Tramp bunun üçün 1950-ci ildə Prezident Harri Trumenin dövründə qəbul edilmiş Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində dövlət başçısının fövqəladə səlahiyyətlərindən istifadə edib.

Qanun milli təhlükəsizlik üçün kritik hesab edilən resursların təchizatını artırmaq üçün hökumət resurslarının səfərbər edilməsini nəzərdə tutur. Buraya istehsalın genişləndirilməsi layihələrinin maliyyələşdirilməsi üçün istehsala icazələrin və kreditlərin verilməsinin sürətləndirilməsi daxildir.

Tramp bildirib ki, onun sərəncamı nadir torpaq metalları da daxil olmaqla, mühüm mineral ehtiyatların istehsalının kəskin artmasına gətirib çıxaracaq.

Bu qərarın məqsədi Çindən resurs idxalından asılılığı azaltmaqdır. Hökumətin məlumatına görə, ABŞ azı 15 növ mineralın idxalına görə xaricdən asılıdır, özü də nadir torpaq metallarının 70%-i Çindən alınır. ABŞ həm də mis və alüminiumun əsas idxalçısıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam