Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Latakiyada partlayış olub - ölənlər və yaralananlar var

Latakiyada partlayış - Ölənlərin sayı 16 nəfərə çatdı

Suriya şəhəri Latakiyanın cənubunda şənbə günü baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 18 nəfər yaralanıb.

Yenixeber.org: Bu barədə “Al Watan” qəzeti Mülki Müdafiə Xidmətinin bəyanatına istinadən bildirib.

Məlumata görə, ölənlər arasında beş qadın və beş uşaq var. Bəyanatda vurğulanıb ki, bu məlumatlar ilkindir, çünki xilasetmə işləri davam edir. Dağılmış binanın altında hələ də meyitlər qalır.

Daha öncə hadisə nəticəsində 3 nəfərin öldüyü deyilirdi. 

Yerli Mülki Müdafiə Xidmətinin məlumatına görə, partlayışa metal tullantıları anbarında partlamamış böyükkalibrli mərminin detonasiyası səbəb olub. O, partlayış nəticəsində uçmuş Ər-Raml məhəlləsindəki dördmərtəbəli evin yaxınlığında yerləşirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam