Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Qərb ölkələrinin liderləri Ukrayna ilə bağlı virtual görüş keçirirlər

 

Bu gün 25-ə yaxın Qərb ölkəsinin liderlərinin iştirakı ilə Ukraynadakı vəziyyətlə bağlı virtual rejimdə görüş başlayıb.

Yenixeber.org xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmerin dəftərxanasının yaydığı videokadrlar təsdiqləyir.

Məhz K.Starmer iki həftə bundan əvvəl keçirilən görüşün davamı olaraq bu sammiti təşkil edib. Martın 2-də o, əsasən Avropa liderlərini Londonda toplayaraq ABŞ-nin dəstəyinin azalması fonunda Ukraynaya yardım məsələsini müzakirə edib.

Görüş iştirakçılarına müraciət edən K.Starmer bugünkü müşavirənin üç əsas məqsədini açıqlayıb: "Ukraynanı gücləndirmək, xoşməramlı koalisiyanın sülh sazişini öz gücləri ilə qorumağa hazırlığını artırmaq, belə bir vacib dövrdə Rusiyaya təzyiqi qoruyub saxlamaq".

Görüş iştirakçılarının tam siyahısı açıqlanmır. Qeyd olunub ki, virtual görüşə Aİ ölkələrinin liderləri, Avropa Komissiyası, Avstraliya, Kanada, Yeni Zelandiya və Ukrayna nümayəndələri qoşulmalıdırlar. Məlumata görə, K.Starmer həmkarlarını ABŞ Prezidenti Donald Trampın sülh planının həyata keçirilməsi üçün "konkret öhdəliklər götürməyə" və Ukraynaya hərbi yardımı davam etdirməyə çağıracaq.

Görüşdə xoşməramlı koalisiyanın Ukrayna ərazisinə sülhməramlıların göndərilməsi ilə bağlı niyyətlərinin konkretləşdiriləcəyi gözlənilir. Daha əvvəl belə təkliflə çıxış edən Fransa və Böyük Britaniya ABŞ-nin dəstəyi olmadan bu ideyanın həyata keçirilməsinin qeyri-mümkün olduğunu etiraf edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam