Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Pakistanda qatarda girov götürülən 155 sərnişin azad edilib

 

Pakistan təhlükəsizlik qüvvələri “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən ələ keçirilən qatarın girov saxlanılan azı 155 sərnişinini azad edib, 30-a yaxın ekstremisti öldürüb.

Yenixeber.org xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Təhlükəsizlik qurumlarındakı mənbələr bildiriblər ki, digər sərnişinlərin azad edilməsi ilə bağlı əməliyyatı davam etdirirlər. Hücumda iştirak edən yaraqlıların dəqiq sayı məlum deyil. Həmçinin bildirilib ki, azad edilmiş 17 girov "təcili tibbi yardım" göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İran sərhədləri yaxınlığındakı ucqar bir bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başladıqdan sonra döyüşçülər kiçik qruplara bölünüblər. Təhlükəsizlik qurumlarındakı mənbələr iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edirlər və Əfqanıstanda olduğu güman edilən hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar.

Qeyd edək ki, martın 11-də günorta saatlarında silahlılar qatarda 450 sərnişini girov götürüblər. Onlar dəmiryol relslərini partladıb, sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam