Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

DYP-dən dumanlı hava ilə bağlı növbəti -XƏBƏRDARLIQ

 

“Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı artır”.

Yenixeber.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına qeyd olunub.

Vurğulanıb ki, xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.

“Baş DYP İdarəsi sürücülərə bir daha xəbərdarlıq edir:

Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın!

Qəfil manevrlərdən çəkinin!

İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin!

Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə etməyin!

Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar. Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam