Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Suriyadan YENİ XƏBƏR:Toqquşmalar var

Xəbər verdiyimiz kimi, Suriyanın Latakiya və Tartus şəhərlərində hökumətə tabe olan silahlı qüvvələrlə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələr arasında qanlı toqquşmalar yaşanır.

           Bəs bu toqquşmalar hansı prosesdən sonra baş verib?

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, Suriyada Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığındakı keçmiş “Dördüncü diviziya”nın briqada komandiri, general Qiyat Süleyman Dala martın 6-da bəyanat yayaraq, “Suriya Azadlıq Hərbi Şurası”nı qurduğunu və şuranın rəhbəri olduğunu açıqlayıb.

Dala ilk mesajında ​​“Suriyanı azad etmək, mövcud rejimi devirmək, vahid, suveren Suriya dövləti qurmaq, dövlət qurumlarını milli və demokratik əsaslar üzərində yenidən təşkil etmək və köçkünlərin geri qayıtması üçün şərait hazırlamaq” sözləri ilə xalqı şuraya qoşulmağa çağırıb.

Bu çağırışdan sonra Suriyanın Latakiya və Tartus şəhərlərində toqquşmalar başlayıb.

Qeyd edək ki, hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam