Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Leyla Əliyeva Bakıda veloyürüşdə -FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.

Yenixeber.org: Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir.

Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam