Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Məhkəmə Gültəkin Sadıqova ilə bağlı QƏRAR VERDİ

gultekin-sadiqova-ceza-cekdiyi-yeri-deyismek-isteyir

Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək istəyir.

Yenixeber.org: Məlumata görə, xanım məhkum əvvəlcə yerli, daha sonra apellyasiya məhkəməsinə müraciət edib.

Gültəkin Sadıqova ərizəsində cəzasının yarıdan çoxunu ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyini qeyd edib. Xüsusilə bunun nəzərə alınmasını xahiş edib.

Məhkəmələrin heç biri məhkumun müraciətini təmin etməyib. G.Sadıqovanın cəzasının qalan 1 il 2 ayını da eyni yerdə çəkməsinə qərar verilib.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsindəki şərait rahatlığına görə digərlərindən fərqlənir. Oradakı məhkumlar müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirlər.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl cinayət məsuliyyətinə cəlb ediliblər. Son qərarla İ.Vəliyev 6 il 2 ay, G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam