Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir

 

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edir.

Yenixeber.org xəbər verir ki, bu barədə D-8-in “X” sosial şəbəkəsindəki hesabında təşkilatın baş katibi İsiak Əbdülqadir İmamla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşün yekunlarına dair paylaşım edilib.

Qeyd olunub ki, görüşdə XİN başçısı bir daha təsdiqləyib ki, Azərbaycan D-8-in məqsədlərinə nail olması üçün işinə töhfə verməyə sadiqdir.

"Nazir enerji, iqlim, nəqliyyat, gənclər və KİV sektorlarında dərhal həyata keçirilə biləcək bir neçə mühüm istiqamət müəyyən edib. D-8 ailəsinə yeni üzvün qəbulu ümidverici başlanğıcdır", - məlumatda qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam