Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Putinlə Tramp bu məsələdə razılaşdılar

KİV: Putin Trampın İranla nüvə danışıqlarında vasitəçilik etmək istəyi ilə razılaşıb
Tramp Putindən İranın nüvə danışıqlarında vasitəçi olmasını istəyib.
Yenixeber.org: Məlumata görə, Rusiya ABŞ Prezidenti Donald Tramp administrasiyasına nüvə məsələləri və regional proksilərlə bağlı İranla əlaqə kanallarının yaradılmasında kömək etməyə razılaşıb.
Tramp fevralən 12-də telefon danışığında bununla bağlı fikrini birbaşa Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.Məlumata görə, bununla bağlı müzakirələr Tramp və Putinin telefon danışığından sonra Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri arasında görüşlər zamanı aparılıb.Kremlin sözçüsü Dmitri Peskov “Bloombergə” bildirib ki, ABŞ və İran danışıqlar aparmalıdır, biz kömək etməyə hazırıq: “Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir. Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır”.“Bloomberg“in məlumatına görə, nə Rusiya, nə də İran bu sorğunu açıq şəkildə təsdiq və ya təkzib etməyib.
Ağ Ev rəsmiləri isə məsələ ilə bağlı hələ ki şərh verməyib.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ötən gün keçirdiyi mətbuat konfransında Rusiyanın potensial vasitəçiliyi ilə bağlı suala cavab olaraq bildirib ki, ölkələrin yardım təklif etməsi təbiidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam